Suryapı

Çiçək ətirləri arasında, şəhərin birləşmə nöqtəsində!

Müşk ətirli cürbəcür güllərdən və ağaclardan təşkil olunmuş təbii həyatı uzaqlarda axtarmağınıza ehtiyac yoxdur... Sur Yapı Bahçeyakada şəhər də, təbiət də düz yanınızdadır!   İnşaatı davam edən metro stansiyasına piyada məsafədə olan SurYapı Bahçeyaka Avropa şosse yolu və Şimali Mərmərə şosse yolu kimi, İstanbulun mühüm nəqliyyat şəbəkələrinin kəsişdiyi bir nöqtədə, Avropa tərəfinin inkişaf etməkdə olan bölgəsi Ispartakuledə ucalmaqdadır.  Yavuz Sultan Selim Körpüsünə də asanlıqla çıxışı olan layihə planlaşdırılan nəhəng layihə olan Kanal İstanbula, Atatürk Olimpiada Stadionuna və İstanbul hava limanına çox yaxın mövqedə yerləşir. 
İnvestisiyanız bu bağçada yaşaracaq! 

Sur Yapı Bahçeyaka ilə rahatlıq ətri saçan bağçalarda həyatdan zövq almaqla yanaşı, gələcəyinizə də dəyər əlavə edin.  İnşaatı planlaşdırılan nəhəng Kanal İstanbul layihəsinin yanında yerləşən Sur Yapı Bahçeyaka İstanbul hava limanının açılması ilə İstanbulun ən dəyərli və rahat layihələrindən birinə çevrilmişdir. Esenler avtovağzalının bağlanmasından sonra xidmət göstərməyə başlayacaq yeni mobil avtovağzal da Bahçeyakanın çox yaxınlığında tikiləcək. Həmçinin inşaatı başa çatmış, Avropanın ən böyük səhiyyə mərkəzlərindən biri olan Çam ve Sakura Şəhər Xəstəxanasına da qonşuluqdadır.  
Bahçeyaka yaşıllığı Ispartakuleyə gətirəcək! 

Özünüzü içində yaşıl rəngin bütün tonları olan, cürbəcür güllər və quş səsləri ilə dolu bir bağçada təsəvvür edin.  Evinizin düz qarşısında nəhəng bir bağça... Nağıllara bənzər konsepsiyası ilə Sur Yapı Bahçeyaka məhz xəyalını qurduğunuz həyatı təqdim edir.  Uşaqların təhlükəsiz şəraitdə və təbiətin qoynunda böyüməsi üçün planlaşdırılan layihədə açıq havada oyun sahələri də vardır. Layihənin təbii strukturunun təmin etdiyi təmiz oksigendən və yaşıllıqdan maksimum faydalana bilməyiniz üçün kitab oxumaq, məşq etmək üçün yerlər və çoxtəyinatlı idman sahələri vardır.  Təbiətdən alınan ilhamla ərsəyə gətirilən və sizə yaşamağın nə qədər gözəl olduğunu güllərin ətri ilə hər gün yenidən xatırladacaq bir yaşayış məkanı Sur Yapı Bahçeyakadadır.  Sur Yapı Bahçeyaka sizə şəhərdən uzaqlaşmadan təbiətin qoynunda ola biləcəyiniz bir həyat vəd edir. 
Bütün ehtiyaclarınız tək bir yerdə!

Sur Yapı Bahçeyakanın bazarı sayəsində gündəlik ehtiyacınız olan şeyləri əldə etmək çox asandır.  Evinizdən sadəcə bir neçə metr uzaqda yerləşən Bahçeyaka Çarşıda axtardığınız hər şeyi tapa biləcəksiniz.  Yalnız yamyaşıl bağçaları ilə deyil, həmçinin həyatınızı asanlaşdıracaq bir çox imkanı ilə Bahçeyaka sizi gözləyir.
 

LAYİHƏ VEB SAYFASI

Layihə təfərrüatları

YER: Ispartakule, İstanbul

KVADRAT METR: 52 - 443 m²

Otaq NÖVLƏRİ: 1+1, 2+1, 3+1, 4+1

LAYİHƏ NÖVÜ: YAŞAYIŞ YERİ

Bizimlə əlaqə saxlayın

Burhaniye St. Abdullahağa Ave. No:21 / 34676 Altunizade Üsküdar/Istanbul

+90 (216) 556 08 00 (Pbx)

+90 (216) 422 65 14

[email protected]

Daim yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

;