Suryapı

Biz kimik?

Fəaliyyətlərimizə başladığımız 1992-ci ildən bu yana bir çox nüfuzlu layihəni uğurla həyata keçirərək, bu sektorda qabaqcıl imic qazanmışıq.  Təsis edildiyimiz gündən bu yana 7,5 milyon kvadrat metrdən artıq işi başa çatdırmışıq.  Əsas fəaliyyət sahəmiz olan brend yaşayış evləri sahəsində onlarla layihə həyata keçirərək, 40 min nəfəri estetik baxımdan gözəl, sağlam və təhlükəsiz yuvalarına qovuşdurmuşuq.  "Sur Yapı" olaraq, layihə mərhələsindən başlayaraq məhsul hazırlama, tam hazır məhsulu təhvil vermə üzrə podrat işləri ilə yanaşı, ofis və ticarət mərkəzi layihələrinin istehsalı, yaşayış komplekslərinin idarə edilməsi, yaşayış komplekslərinin təkrar bazarının idarə edilməsi, ticarət mərkəzi layihələrinin icarəsi və idarəçiliyi ilə də məşğul olan bir şirkətlər qrupu kimi bu sektorda önə çıxırıq.  Məqsədimiz gələcəyə investisiya yatıraraq, ən ideal yaşayış şəraiti formalaşdırmağı hədəfləyərək ərsəyə gətirdiyimiz hər bir əsər vasitəsilə yaşadığımız cəmiyyətə daimi dəyərlər əlavə etməkdir.   İnşaat sektorunda qətiyyətli inkişafımızı davam etdirməklə yanaşı, 2007-ci ildə fəaliyyətə başladığımız energetika sektorunda da uğurlara imza atmaqdayıq.


Nələr etmişik və nələr edəcəyik?

"Sur Yapı" olaraq yalnız brend yaşayış evi, ofis, ticarət mərkəzi və sənaye müəssisələri kimi layihələr ərsəyə gətirməklə qalmayıb, həmçinin bu layihələrin bir çoxunu və ya hamısını əhatə edən qarışıq layihələr də inşa edirik.  Təsis olunduğumuz gündən bu yana 7,5 milyon kvadrat metrdən artıq inşaat həyata keçirməklə 127 müxtəlif layihəyə imza atmışıq.

  • İstanbulda və Bursada Greenium Villaları, Villa Sera, Selvice Evler, Dora Park, Mahalle İstanbul, Adapark, Metrogarden, Exen İstanbul, Corridor Rezidans, Tilia, İdilia, Vitrin, Marka Rezidans, İlkbahar, İlkbahar 2, Mirage Rezidans, Gölbahçe Evleri, Lavender, Şehir Konakları, Bahçeyaka, Tempo City, Topkapı Evleri, YeşilMavi, Excellence Koşuyolu kimi yaşayış evi layihələrimizi həyata keçirmişik.
  • Eyni zamanda, 3M, Novartis, Total, Opet, Sony, Bosch-Siemens, Nobel İlaç, Casper, Aviva, İsveçrə Tibbi Sığorta kimi iri milli və beynəlxalq şirkətlərin idarəetmə mərkəzlərinin həm layihələndirilməsini, həm də inşasını həyata keçirmişik.
  • Uğurlarımızı çox sayda A plus ofis və ticarət mərkəzinə investisiya yatırmaqla gücləndirmişik. Fəaliyyət sahəmizi genişləndirmək, bilik və təcrübələrimizə yenilərini əlavə etmək arzusu ilə ticarət mərkəzi layihələri inşa etmişik.
  • 2013-cü ilin iyun ayında İstanbulda "Axis Kağıthane" Ticarət Mərkəzini, 2014-cü ilin sentyabr ayında İstanbulun Ümraniye rayonunda "Metrogarden" Ticarət Mərkəzini, 2015-ci ilin may ayında "Axis İstanbul" Ticarət Mərkəzini və nəhayət, 2017-ci ilin iyun ayında Bursanın Nilüfer rayonunda yerləşən "Sur Yapı Marka" Ticarət Mərkəzini istismara vermişik.
  • 2007-ci ildən etibarən energetika sektoruna yatırmağa başladığımız investisiyalarımız nəticəsində 4 su elektrik stansiyası və 2 külək enerjisi stansiyası vasitəsilə əsasən bərpa olunan enerjiyə investisiyalarımızı da davam etdiririk.
  • 2017-ci ildə Antaliyada Türkiyənin ən böyük və nümunəvi urbanizasiya layihəsinə başlamışıq. Təqribən 70 min nəfərin yaşayacağı, 19 min müstəqil bölmənin olacağı və 1,3 milyon kvadrat metr sahəyə malik yeni şəhər sürətlə ucalmaqdadır. Antaliya Layihəmiz çərçivəsində, 2019-cu ilin iyun ayında başlayan mənzillərin təhvil verilməsinə fasiləsiz şəkildə davam edirik.
  • 2019-cu ildə qlobal inkişafla bağlı baxışımıza uyğun olaraq Türkiyədən ev sahibi olmaq istəyən avropalıların və qürbətdə yaşayan həmvətənlərimizin tələblərinə daha sürətli şəkildə cavab verə bilmək üçün Almaniyanın Köln şəhərində Avropa Mərkəzi Ofisimizi açmışıq. Avropadakı Mərkəzi Ofisimiz vasitəsilə Almaniyada da mənzil və podrat işlərinə imza atırıq.
  • 2021-ci ildə "Sur Yapı Tatil Evleri Antalya" layihəmizə başlayaraq, daşınmaz əmlak, pərakəndə satış, aktivlərin idarə edilməsi və energetika sektorlarındakı təcrübəmizi turizm sektoruna da gətirdik.
  • 2022-ci ildə Azərbaycanın Bakı şəhərində mərkəzi ofis və satış ofisimizi xidmətə verərək, qlobal inkişafla bağlı baxışımıza uyğun daha bir mühüm addım atmış olduq. Nə üçün fərqliyik? Fəaliyyət göstərdiyimiz ilk gündən bu yana düzgünlük, mükəmməliyyətçilik, kollektiv ruhu, novatorluq, üzərinə məsuliyyət götürmə, qətiyyət və təşəbbüskarlıq ən vacib dəyərlərimizdən olmuşdur.  
  •  

Müştərilərimizə, biznes tərəfdaşlarımıza və işçilərimizə qarşı şəffaflıq prinsipini mənimsəmişik. Minimum müddətdə ən optimal büdcə ilə yeni texnologiyaları izləyərək ən gözəl işləri bacarmağı hədəfləyirik.  Qazandığımız etibar, təcrübə, bilik və təcrübə ilə gələcəyə daha güclü addımlayırıq.  Sadəcə layihələrin başlanğıcından tam hazır məhsulun təhvil verilməsinə qədər olan bütün prosesləri yerinə yetirməklə qalmayıb, həmçinin satışdan sonrakı xidmətlərimizlə layihələrimizdən ev sahibi olanların bizi hər zaman yanlarında hiss etmələrini təmin edirik.  Müştəri məmnuniyyətinə prioritet verməklə, müştərilərimizlə ən optimal ünsiyyət qurmağın yollarını müasir dövrün tələbləri daxilində mütəmadi olaraq inkişaf etdiririk. Bu anlayışla layihələrimizdə ticarət nişanımızın imicini və "Sur Yapı"nın etibarlılığını vurğulamaq üçün var gücümüzlə çalışır, hər bir yeni layihəmizi ilk günkü həyəcanımızla inşa edirik. Missiyamız, investisiyamız gələcək, məqsədimiz isə ideal şəraitdə yaşayan insandır.  Missiyamız sivilizasiyanı inkişaf etdirmək, ərsəyə gətirdiyimiz hər bir əsərlə yaşadığımız cəmiyyətə daimi dəyərlər əlavə etməkdir.  Baxışımız, qazandığımız etibar, təcrübə, bilik və təcrübə idealımıza yönəlməyimizə dəstək olur.  Biz keçmişdən aldığımız güclə gələcəyə addımlayırıq.  Çünki bir idealımız və həmin ideala çatmaq üçün görəcəyimiz çox iş var.

Bizimlə əlaqə saxlayın

Burhaniye St. Abdullahağa Ave. No:21 / 34676 Altunizade Üsküdar/Istanbul

+90 (216) 556 08 00 (Pbx)

+90 (216) 422 65 14

suryapi@suryapi.com.tr

Daim yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

;