Həm şəhərli, həm yaşıl
"Metrogarden" Anadolu səmtinin yaşıllıqla qovuşduğu rayonunda Çekmeköy, Sancaktepe və Ümraniyenin kəsişmə nöqtəsində şəhər həyatını təbiətlə bir araya gətirən, sosial, mədəni və idman məkanlarının olduğu böyük yaşıl bir bağçadır. 2013-cü ildə təhvil verilən layihədə evlərin yaşayış sahələri böyük bir yaşıl bağçaya baxır. Bura təmiz suların kiçik şəlalələr şəklində gölə töküldüyü, su arxlarının gəzinti yollarını müşayiət etdiyi, diqqətlə seçilmiş ağacları və çiçəkləri sayəsində dörd mövsüm yaşıllığın solmadığı olduqca məxsusi bir yerdir. Böyük yaşıl bağça müasir şəhər həyatının ehtiyaclarını qarşılayacaq imkanlarla doludur. Masaj, sauna, yay və qış hovuzlarından faydalana biləcəyiniz "Garden Club" bağçası. Yaşıllığın içində məşq edə biləcəyiniz "Fitnessgarden" bağçası. Tamaşa platforması "Locamarin", açıq hava kinoteatrı, gəzinti və velosiped yolları, oyun parkları, idman məkanları da bu bağçadadır.
Şəhər həyatının içində
Ev sahiblərini yeni həyatlarına aparan bu dayanacaqda enənləri qələbəlik yerlərin gurultusundan uzaq, müasir və novator bir həyat qarşılayır. Həm şəhərli, həm yaşıl, həm sakit, həm dinamik... Əsas yolların və ictimai nəqliyyat şəbəkələrinin düz ortasında gözəl yaşamaq istəyən 336 şanslı ailə üçün qiymətli, nüfuzlu, keyfiyyətli spesifik bir yaşayış sahəsi. Uşaqlıq, gənclik və yetkinlik çağlarını qucaqdolusu yaşayacağınız, həyatın hər bir nöqtəsində enib yaşamaq istəyəcəyiniz ən gözəl stansiya.
LAYİHƏ VEB SAYFASIYER: Ümraniye, İstanbul
KVADRAT METR: 57 - 287
Otaq NÖVLƏRİ: 1+1, 2+1, 3+1, 4+1
LAYİHƏ NÖVÜ: YAŞAYIŞ YERİ
Burhaniye St. Abdullahağa Ave. No:21 / 34676 Altunizade Üsküdar/Istanbul
+90 (216) 422 65 14