Suryapı

Nə üçün fərqliyik?


Fəaliyyət göstərdiyimiz ilk gündən bu yana düzgünlük, mükəmməliyyətçilik, kollektiv ruhu, yenilikçilik, məsuliyyəti üzərimizə götürmə, qətiyyət və təşəbbüskarlıq ən vacib dəyərlərimizdən olmuşdur. Müştərilərimizə, biznes tərəfdaşlarımıza və işçilərimizə qarşı şəffaflıq prinsipini mənimsəmişik.  Minimum müddətdə ən optimal büdcə ilə yeni texnologiyaları izləyərək ən gözəl işləri bacarmağı hədəfləyirik.  Qazandığımız etibar, təcrübə, bilik və təcrübə ilə gələcəyə daha güclü addımlayırıq.  Sadəcə layihələrin başlanğıcından tam hazır məhsulun təhvil verilməsinə qədər olan bütün prosesləri yerinə yetirməklə qalmayıb, həmçinin satışdan sonrakı xidmətlərimizlə layihələrimizdən ev sahibi olanların bizi hər zaman yanlarında hiss etmələrini təmin edirik.  Müştəri məmnuniyyətinə prioritet verməklə, müştərilərimizlə ən optimal ünsiyyət qurmağın yollarını müasir dövrün tələbləri daxilində mütəmadi olaraq inkişaf etdiririk. Müştərilərimizlə münasibətimizə verdiyimiz əhəmiyyəti texnologiya ilə bir araya gətirərək, iHome tətbiqimiz vasitəsilə daşınmaz əmlak sektoruna yeni nəfəs gətiririk.  Bu anlayışla layihələrimizdə ticarət nişanımızın imicini və "Sur Yapı"nın etibarlılığını vurğulamaq üçün var gücümüzlə çalışır, hər bir yeni layihəmizi ilk günkü həyəcanımızla inşa edirik.

Biz kimik?


Fəaliyyətlərimizə başladığımız 1992-ci ildən bu yana bir çox nüfuzlu layihəni uğurla həyata keçirərək, bu sektorda qabaqcıl imic qazanmışıq.  "Sur Yapı" olaraq, layihə mərhələsindən başlayaraq məhsul hazırlama, arxitektura strukturu-istehsal daxil olmaqla yüksək keyfiyyətli, tam hazır məhsulların təhvil verilməsi işləri ilə yanaşı, həmçinin ofis və ticarət mərkəzi layihələrinin istehsalı, yaşayış komplekslərinin idarə edilməsi, yaşayış komplekslərinin təkrar bazarının idarə edilməsi, ticarət mərkəzi layihələrinin icarəsi və idarəçiliyi ilə məşğul olan bir şirkətlər qrupu olaraq bu sektorda önə çıxmaqdayıq.  Məqsədimiz gələcəyə investisiya yatıraraq, ən ideal yaşayış şəraiti formalaşdırmağı hədəfləyərək ərsəyə gətirdiyimiz hər bir əsər vasitəsilə yaşadığımız cəmiyyətə daimi dəyərlər əlavə etməkdir.   İnşaat sektorunda qətiyyətli inkişafımızı davam etdirməklə yanaşı, 2007-ci ildə fəaliyyətə başladığımız energetika sektorunda da uğurlara imza atmaqdayıq.

Nələr etmişik və nələr edəcəyik?


"Sur Yapı" olaraq yalnız yaşayış yeri, ofis, yaxta limanı, ticarət mərkəzi və sənaye müəssisələri kimi layihələr ərsəyə gətirməklə qalmayıb, həmçinin bu layihələrin bir çoxunu və ya hamısını əhatə edən qarışıq layihələr də inşa edirik. Təsis olunduğumuz gündən bu yana 6 milyon kvadrat metrdən artıq ərazini əhatə edən layihələrə imza atmışıq. 

• İstanbulda və Bursada Greenium Villaları, Villa Sera, Selvice Evler, Dora Park, Mahalle İstanbul, Adapark, Metrogarden, Exen İstanbul, Corridor Rezidans, Tilia, İdilia, Vitrin, Marka Rezidans, İlkbahar, İlkbahar 2, Mirage Rezidans, Gölbahçe Evleri, Lavender, Şehir Konakları, Bahçeyaka, Tempo City, Topkapı Evleri, YeşilMavi, Excellence Koşuyolu kimi yaşayış yeri layihələrimizi həyata keçirmişik. 

• Eyni zamanda, 3M, Novartis, Total, Opet, Sony, Bosch-Siemens, Nobel İlaç, Casper, Aviva, İsveçrə Tibbi Sığorta kimi iri milli və beynəlxalq şirkətlərin idarəetmə mərkəzlərinin həm layihələndirilməsini, həm də inşasını həyata keçirmişik.  

• Uğurlarımızı çox sayda A plus ofis və alışveriş mərkəzinə investisiyalar yatırmaqla möhkəmləndirmişik. 

• Fəaliyyət sahəmizi genişləndirmək, bilik və təcrübələrimizə yenilərini əlavə etmək arzusu ilə ticarət mərkəzi layihələri inşa etmişik. 

• 2013-cü ilin iyun ayında İstanbulda "Axis Kağıthane" Ticarət Mərkəzini, 2014-cü ilin sentyabr ayında İstanbulun Ümraniye rayonunda "Metrogarden" Ticarət Mərkəzini, 2015-ci ilin may ayında "Axis İstanbul" Ticarət Mərkəzini və nəhayət, 2017-ci ilin iyun ayında Bursanın Nilüfer rayonunda yerləşən "Sur Yapı Marka" Ticarət Mərkəzini xidmətə vermişik. 

• 2007-ci ildən etibarən energetika sektoruna yatırmağa başladığımız investisiyalarımız nəticəsində 4 su elektrik stansiyası və 2 külək enerjisi stansiyası ilə əsasən bərpa olunan enerji sahəsinə investisiyalarımızı da davam etdiririk.   

• 2017-ci ilin son aylarında Antaliyada Türkiyənin ən böyük və nümunəvi urbanizasiya layihəsinə başlamışıq. Təqribən 70 min nəfərin yaşayacağı, 19 min müstəqil bölmənin olacağı və 1,3 milyon kvadrat metr əraziyə malik yeni şəhərlə bağlı fəaliyyətlərə sürətlə davam edirik. 

Bizimlə əlaqə saxlayın

Burhaniye St. Abdullahağa Ave. No:21 / 34676 Altunizade Üsküdar/Istanbul

+90 (216) 556 08 00 (Pbx)

+90 (216) 422 65 14

[email protected]

Daim yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

;